“Xəzər-Lənkəran” ilk legioner transfer edib, sifariş vərəqəsini UEFA-ya göndərdi
19.06.2010 - 15:29
Almaniyada hazırlığını davam etdirən “Xəzər-Lənkəran” klubu mövsümlərarası fasilədə ilk legioner transfer edib. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, gürcüstanlı müdafiəçi Davit İmedaşvilinin keçidi həll olunub. Belə ki, komanda hələ Bakıda olarkən baxışa gələn Kiyev “Dinamo”sunun 26 yaşlı sabiq futbolçu ilə müqavilə bağlanılıb.
“Artıq gürcü futbolçu ilə anlaşma imzalamışıq. İmedaşvili ilə müqavilə iki illik nəzərdə tutulub. Onun adını UEFA-ya göndərdiyimiz sifariş vərəqəsinə də daxil etmişik. Hələlik sifariş etdiyimiz yeni legioner yalnız Davitdir. Düşərgəmizdəki qalan legionerlər isə növbəti yoxlama oyunlarında baxışdan keçəcəklər. Onların adlarını deyə bilmərəm. Yalnız onu söyləyim ki, sayı çox deyil, buna ehtiyac da yoxdur. Sadəcə, onlar bir daha sınaqdan keçəndən sonra baş məşqçi qərar verəcək” – deyə Nadirov bildirib.
Ölkəmizi Avroliqada təmsil edəcək “Xəzər-Lənkəran” UEFA-ya ilkin iştirak ərizəsini göndərib. Nadirovun sözlərinə görə, iyulun 1-də keçiriləcək ilk oyuna qədər daha bir futbolçu sifariş etmək hüquqları var: “Bunun hansı futbolçu olacağını sonra biləcəyik. Qaydaya görə, iyunun 21-dək sifariş vərəqəsinə əlavə edə bilərik. Sifariş vərəqəsində yetərincə boş yer var. Bunun sayı 7-8-dir. Ancaq şərt yerləri doldurmaq yox, komandaya yaxşı futbolçu dəvət etməkdir. Dünənə kimi müqavilə bağladığımız yeni futbolçuların hamısı sifariş olunub. Müqavilə bağladığımız Zaur Ramazanovla Elnur Allahverdiyevi çoxdan sifariş etmişik”.
“Xəzər-Lənkəran”ın Ramazanovu komandaya qaytarması gözlənilməz oldu. Maraqlıdır, lənkəranlılar nizam-intizamla bağlı problemi olan digər sabiq kapitanı Emin Quliyevi də heyətə qaytarmaq fikrindədirmi? Amma nadirov bu barədə geniş danışmadı: “Zaurun məsələsi ilə bağlı hələ heç nə demək istəmirəm. Bunu mənim deməyim düzgün deyil. Allah qoysa, bu haqda başqa vaxt ayrıca danışarıq. Heyətlə bağlı məsələləri, kimin qayıdışın gözlənilib-gözlənilmədiyini baş məşqçidən soruşmağınız yaxşı olar”.
Mehman SÜLEYMANOV

0
0