“Neftçi” bəyanat yaydı
19.06.2010 - 15:13
“Neftçi” futbol klubu bəyanat yayıb. Komandanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına daxil olan bəyanatda bildirilir ki, son günlər bəzi idman mətbuatında Azərbaycan futbolunun flaqmanı “Neftçi”nin yeni transferləri haqqında qərəzli yazılar dərc olunur: “Neftçi” PFK olaraq bildirmək istəyirik ki, flaqman rəhbərliyi yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında və ölkə kubokunda yalnız qələbə qazanmağı qarşısına məqsəd qoyub. Bunun üçün klubda lazımlı islahatlar aparılıb.
Yeni mövsümdən etibarən Azərbaycan yığmasının üzvləri ilə yanaşı, komandamızda gənc və perspektivli futbolçulara heyətdə yer verilib. Həmçinin, klub rəhbərliyi əcnəbi futbolçuların transferi məsələsinə də çox ciddi yanaşaraq, almaq istədiyi oyunçuları yaxından izləmək məqsədilə seleksiya işlərinə start verdi. Bu məqsədlə baş məşqçi Arif Əsədovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Avstriyaya ezam olundular. Komandamız öncə Makedoniya yığmasının əsas simalarından biri olan yarımmüdafiəçi Slavko Georgievskini transfer etdi. Uzun illər ölkə xaricində top qovan futbolçu Makedoniya yığmasının ən aparıcı üzvlərindən biridir. Premyer Liqa davam edərkən klubun seleksiyaçı-məşqçisi Bəxtiyar Musayev Braziliyaya yollanaraq, futbolçuları izləyirdilər”.
Həmçinin, bildirilir ki, “Neftçi”nin həyata keçirdiyi ikinci transferdə böyük səs-küyə səbəb olub. Belə ki, Braziliya A seriyasının "Qremio Prudente"nin müdafiəçisi Denis Silva bir çox təkliflərə baxmayaraq, məhz "ağ-qaralı" formanı geyinməyə razılıq verib: “Öz açıqlamalarında "Neftçi"nin böyük klub olmasını qeyd edən braziliyalı futbolçu bu amilin keçidində böyük rol oynadığını vurğuladı. Lakin bəzi mətbuat orqanları bütün görülən işlərə kölgə salmaq istəyi ilə qərəzli yazılar dərc edirlər. "Neftçi" PFK rəhbərliyi olaraq bildirmək istəyirik ki, yeni mövsümdə qazanacağımız nəticələrlə doğru yolda olduğumuzu sübut edəcəyik”.

0
0