“Xəzər-Lənkəran” ikinci oyunda da uduzdu - YENİLƏNİB
19.06.2010 - 21:50
“Xəzər-Lənkəran” ikinci oyunda da uduzdu - YENİLƏNİB
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” bu gün ikinci yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisinin rəqibi Avstriyanın “Rid” komandası olub.

Start fiti Bakı vaxtı ilə saat 21:00-da verilən qarşılaşma Ağasəlim Mircavadovun komandası üçün uğursuz alınıb. Belə ki, ilk yarıda avstriyalılar 4 dəqiqəyə vurduqları iki qolla fasiləyə üstün durumda yollanıblar. İkinci hissədə də üstünlüyü əldən verməyən “Rid” daha bir dəfə fərqlənərək, “Xəzər-Lənkəran”ı böyük hesabla məğlubiyyətə uğradıb.

“Rid” – “Xəzər-Lənkəran” - 3:0

Xatırladaq ki, “Xəzər-Lənkəran” ilk sınaq görüşündə UEFA kubokunun sonuncu qalibi olan Ukraynanın “Şaxtyor” klubuna uduzmuşdu – 0:2.