FİASKO: Belçika yığması milli komandamıza 11 cavabsız qol vurdu
19.06.2010 - 20:57
FİASKO:  Belçika yığması milli komandamıza 11 cavabsız qol vurdu
Bu gün qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa zonasının VIII seçmə qrupunda mübarizə aparan Azərbaycan yığması ilk səfər matçına çıxıb. Ardıcıl 4 qarşılaşmasını Bakıda keçirən Şamil Heydərovun yetirmələri Belçika futbolçularının qonağı olub.

Birinci hissə komandamız üçün biabırçı hesabla nəticələnib. Belə ki, meydan sahibləri yığmamızın qapısından 8 cavabsız top keçirib. Bu qollardan biri millimizin heyətində Könül Əsədovanın ayağına yazılıb. İkinci hissədə daha 3 qol vuran belçikalılar komandamızı darmadağın edib.

Belçika – Azərbaycan - 11:0
Baş hakim: Una Honq (Cənubi Koreya)
Tubitse. “Leburton” stadionu
QOLLAR: De Kok, 3; 11; 40; 42; Piltjens,10; Heyremans, 18; 54; Əsədova, 26 (avtoqol); Onzia, 35; 90+1; Puttemans, 89

Qrupumuzda daha bir matç başa tutub ki, bütün qarşılaşmalarda qələbələri sıralayan İsveç yığması bu dəfə öz meydanında ən yaxın izləyicisi Çexiyanın məğlub edə bilməyib - 0:0.

1 İsveç 5 4 1 0 13-2 13
2 Çexiya 6 3 1 2 11-5 10
3 Belçika 8 3 1 4 18-13 10
4 Uels 6 2 0 4 7-11 6
5 AZƏRBAYCAN 5 1 1 3 2-20 4

Qeyd edək ki, milli komandamız iyunun 23-də İsveçdə meydan sahibləri ilə görüşəcək.