Vaqif Cavadovun zədəsi sağalıb
21.06.2010 - 10:00
Vaqif Cavadovun zədəsi sağalıb
“Vaqif artıq Hollandiyadadır. Onun komandası bu gün məşqə çıxacaq. Vaqif də artıq klubun düşərgəsindədir”. Bu sözləri apasport.az saytına açıqlamasında karyerasını Hollandiyanın “Tvente” klubunda davam etdirən həmyerlimiz Vaqif Cavadovun atası Füzuli Cavadov deyib.

Qışda “zambaqlar ölkəsinə” transfer olunan və mövsüm sonunda “Tvente” ilə Hollandiya çempionu olan Vaqif Cavadov zədəli olduğu üçün əsas komandada debüt edə bilməyib. Yığmamızın hücumçusu artıq bu problemi həll edib və o, təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərməyə çalışacaq: “Vaqif zədəsini tam sağaldıb. O, Bakıda olduğu müddətdə yığmanın baş məşqçisi Berti Foqtsun verdiyi proqram əsasında fərdi çalışırdı. AFFA rəhbərliyi hücumçu üçün şərait yaratmışdı. Vaqif trenajor zalında və hovuzda məşq edirdi”.