“Bakı” “Professor”suz qaldı
21.06.2010 - 10:44
Azərbaycan yığmasının sabiq futbolçusu Mahmud Qurbanov qərarını verib. Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi il yarımdır şərəfini qoruduğu “Bakı” klubundan ayrılıb.
O, yeni baş məşqçi Vinfred Şaferin ilk məşqinə qatılsa da, sonradan bazaya gəlməkdən imtina edib. Mahmudun klubla müqaviləsinin müddəti başa çatdığından, onun növbəti mövsümdə “zolaqlılar”ın formasını geyinməyəcəyi dəqiqdir. Mahmud getməzdən öncə “Bakı”nın yeni bazasında olan həmkarları ilə vidalaşıb. “Professor” ləqəbli futbolçunun “Gəncə”dən aldığı dəvəti dəyərləndirəcəyi gözlənilir.
Qeyd edək ki, Qurbanov ən çox Azərbaycan çempionu olan futbolçudur. O, 10 çempionluqdan yalnız birini “Bakı” klubunun heyətində qazanıb.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0