Mahir Şükürov Rusiyanı tərk etdi
22.06.2010 - 09:18
Rusiya Premyer Liqasında çıxış edən “Anji” klubu Mahaçqalada hazırlığının ilk mərhələsini başa vuraraq, Avstriyaya yollanıb. Apasport.az saytının məlumatına görə, 24 futbolçu ilə səfərə çıxan komandanın heyətində Azərbaycan yığmasının üzvü Mahir Şükürov da yer alıb.
İyulun 3-dək Vyanada təlim-məşq toplanışında olacaq Hacı Hacıyevin yetirmələrinin Slovakiyanın “Rujomberok” və İsrailin “Hapoel” (Təl-Əviv) komandası ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib.
Qeyd edək ki, “Anji” səfərə yollanmamışdan öncə əvəzedici heyəti ilə yoxlama oyunu keçirib. Çətin olmayan qarşılaşmada əsas heyət 3:0 hesabı ilə qələbə qazanıb.

0
0