“Lex”in baş məşqçisi: Azərbaycan çempionunu udmağa borcluyuq
22.06.2010 - 09:44
“Lex”in baş məşqçisi: Azərbaycan çempionunu udmağa borcluyuq
“Bizim Çempionlar Liqasının II təsnifat mərhələsindəki vəzifəmiz bu səddi aşmaqdır. Azərbaycan çempionu “İnter”i mübarizədən kənarlaşdırmağa borcluyuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun baş məşqçisi Yatsek Zelinski deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Bakı “İnter”i ilə görüşəcək Poznan təmsilçisinin çalışdırıcısı püşkün nəticələrinə münasibət bildirib: “Azərbaycanlıların üstünlüyü ilk oyunun Bakıda keçirilməsidir. Mən “Qrotslin”in baş məşqçisi olarkən orada oynamağın nə olduğunu görmüşəm. Bakıda tropik temperatur olur. Üstəlik, uzun yol da yorucu olacaq. Mən “İnter”in özünü də hesabdan silmirəm. Çoxlu legionerləri var və Bakıdakı stadionda əleyhimizə olan ab-hava hökm sürəcək”.

Qeyd edək ki, “İnter” və “Lex” arasında Bakıda keçiriləcək ilk oyun iyulun 13-14-də baş tutacaq.