Denis Kalinkov: “Xəzər-Lənkəran” “Olimpiya” ilə görüşdə favoritdir
22.06.2010 - 10:25
“Keçmiş komandam “Xəzər-Lənkəran” “Olimpiya” ilə Avroliqa oyununda favoritdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova yığmasının hücumçusu Denis Kalinkov deyib.
24 yaşlı futbolçu son bir ildə çıxış etdiyi “Xəzər-Lənkəran” klubundan mövsüm bitəndən sonra kənarlaşdırıldı. Bununla da Kalinkov həmyerliləri - Moldovanın “Olimpiya” komandası Avroliqada oyuna çıxa bilməyəcək. Denisin fikrincə, keçmiş komandasının mərhələ adlamaq şansı daha yüksəkdir: “Xəzər-Lənkəran” yaxşı heyəti və çox təcrübəli məşqçisi olan ciddi klubdur. Orada yüksək səviyyəli futbolçuların sayı az deyil. Bunlar həm yerli futbolçulara, həm də legionerlərə aiddir. Xüsusilə braziliyalı futbolçular seçilir. Azərbaycan komandası indi heyətinə görə “Olimpiya”dan güclüdür. Ancaq sözsüz ki, “Olimpiya”nın növbəti mərhələyə çıxmaq şansı var”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” “Olimpiya” ilə ilk oyunu iyulun 1-də Lənkəranda keçirəcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0