“Olimpiya”nın vitse-prezidenti: “Xəzər-Lənkəran”ı keçməyə köklənmişik
22.06.2010 - 10:38
“Olimpiya”nın vitse-prezidenti: “Xəzər-Lənkəran”ı keçməyə köklənmişik
“Püşkün nəticəsini kifayət qədər münasib sayıram. “Xəzər-Lənkəran” güclü komandadır, ancaq biz bu rəqiblə görüşdə yalnız qələbəyə köklənmişik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moldovanın “Olimpiya” klubunun vitse-prezidenti Sergey Kiselev deyib.

Avroliqanın I təsnifat mərhələsində “Xəzər-Lənkəran”a rəqib olan Beltsı təmsilçisi ilk oyunu iyulun 1-də Lənkəranda keçirəcək. Kiselev bildirib ki, həmin görüşə hazırlıq ərəfəsində bir neçə yoxlama oyunu keçirəcəklər: “Artıq bundan sonra Azərbaycana yollanacağıq. Ümumiyyətlə, hesab edirəm ki, iki oyundan ibarət mübarizəni səfərdə başlamaq yaxşıdır, nəinki evdə. Biz də ilk görüşü məhz rəqib meydanında keçirəcəyik. Avroliqadakı perspektivimizə gəlincə, komandanın qarşısında duran vəzifə III təsnifat mərhələsinə çıxmaqdır”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” – “Olimpiya” cütünü qalibi növbəti mərhələdə Rumıniyanın “Dinamo” (Buxarest) klubu ilə görüşəcək.