“Xəzər-Lənkəran” – “Olimpiya” görüşünün vaxtı dəyişdirildi
22.06.2010 - 11:01
UEFA Avroliqanın I təsnifat mərhələsində “Xəzər-Lənkəran” və “Olimpiya” klubları arasında ilk oyununun yerini dəyişdirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi iyulun 1-də moldovalılarla görüşünü püşklə nəzərdə tutulduğu kimi evdə yox, səfərdə keçirəcək. Cavab oyunu isə 1 həftə sonra Lənkəranda baş tutacaq.
Əslində, problem bizimlə deyil, rəqiblə bağlıdır. Yəni, “Qarabağ”la “Xəzər-Lənkəran”la ilk oyunlarını eyni gündə keçirsə də, “Xəzər-Lənkəran” daha avrokuboklarda rəqiblərini Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda yox, Lənkərandakı öz arenasında qəbul edəcək. Əvvəllər bizdə avrokuboklarda eyni stadionda, eyni gündə oynamaq problemi indi moldovalılarda var. Bu ölkənin Avroliqada təmsilçiləri olan “Daçiya” və “Olimpiya”nın UEFA-nın beynəlxalq oyunlar keçirməklə bağlı tələblərinə cavab verən stadionları yoxdur. Belə olan halda, hər iki komanda oyunlarını paytaxt Kişinyovda, “Zimbru” stadionda keçirməli olacaq. İlk olaraq “Olimpiya”, bir həftə sonra “Daçiya” meydan sahibidir.
Qeyd edək ki, “Xəzər-Lənkəran”da avrokuboklarda debüt mövsümündə (2005-ci ilin iyulunda) Moldovanın “Nistru” klubu ilə ilk oyununu da səfərdə, Kişinyovda keçirmişdi.

0
0