Birinci “Qalatasaray”a keçdi
22.06.2010 - 11:31
“Qalatasaray” ötən mövsümü “Dənizlispor”da keçirən Çağlar Birinci ilə rəsmi müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Birinci ilə 3 illik anlaşan “sarı-qırmızı”lı klub futbolçunun transferi üçün 1,5 milyon avro ödəyib.
Komanda rəhbərliyi bu puldan əlavə, Dənizli təmsilçisinə əvəzedici heyətindən Murat Akça, Erhan Şəntürk, Sədrəttin Firat Kocaoğlu və Semih Kayanı birdəflik, Sərdat Eyiliki isə bu mövsümlük icarəyə verib.
Qeyd edək ki, “Qalatasaray”ın yeni transferi növbəti mövsümdə ilinə 900 min və hər oyununa görə 8 min lirə qazanacaq. 1 il sonra hər matçına görə 9 min lirə alacaq Birinci 3-cü ilində 950 min lirə və hər meydana çıxdığına görə isə 10 min lirə qabağa düşəcək.

0
0