“İnter”in legionerləri “Lex”ə qarşı oynayıb
22.06.2010 - 14:00
“İnter”in legionerləri “Lex”ə qarşı oynayıb
Bakının “İnter” klubunun litvalı legionerləri üçün Çempionlar Liqasının II təsnifat mərhələsində görüşəcəkləri Polşa “Lex”i yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, müdafiəçi Paulius Paknislə hücumçu Robertas Poşkus vaxtilə Polşada oynayıb və ölkə çempionatda Pozan təmsilçisi ilə görüşüblər.

26 yaşlı Paknis qışda məhz Polşadan, “Korona” klubundan (6 oyun) “İnter”ə keçib. Sağ cinah müdafiəçisi 2009-cu ilədək 2i il “Kmita” (23 oyun) klubunda çıxış edib.

Poşkusun isə Polşaya bağlılığı xeyli əvvəl olub. Belə ki, təcrübəli hücumçu hələ ötən sərin sonlarında Varşavanın “Vidzev” (1999-00, 27 oyun, 12 qol) və “Poloniya” (2000-01, 8 oyun) klublarında oynayıb.

Qeyd edək ki, ötən mövsüm “İnter”in bombardiri olan, həmyerlisindən fərqli yığmaya cəlb olunan Poşkus keçən yaydan ölkəmizdə oynayır.