Elvin Əliyev Avroliqada qrup mərhələsindən dəm vurur
22.06.2010 - 14:09
Elvin Əliyev Avroliqada qrup mərhələsindən dəm vurur
“Özümüzə inanırıq. Heyətin əsas oyunçuları saxlanılıb. Ötən ilki uğuru yaxşılaşdırmağa çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun kapitanı Elvin Əliyev deyib.

Hazırda zədəli olduğuna üçün paytaxt təmsilçisinin məşqlərinə qatılmayan müdafiəçi baş verənləri kənardan izləyir. O, dünən atılan püşklə bağlı fikirlərini açıqlayarkən, “Bakı”nın məqsədi barədə də danışıb. Əliyev ötən il Çempionlar Liqasının II mərhələsində “Ekranas”ı mübarizədən kənarlaşdıran, daha sonra “Levski” səddini aşa bilmədiyi üçün Avropa Liqasının pley-off mərhələsində çıxış edən “Bakı”nın bir qədər də irəli getməyə çalışacağını bildirib: “Klub rəhbərliyinin və oyunçuların yeganə məqsədi qrup mərhələsinə vəsiqə qazanmaqdır. Rəqibin kimliyi bizim üçün əsas deyil. Vacib olan özümüzə inanmağımızdır. İnşallah, hər şey istədiyimiz kimi olar”.