Azərbaycandakı futbolçuların sayı açıqlandı
22.06.2010 - 14:41
Azərbaycanda futbolla rəsmi qaydada məşğul olanların sayı dəqiqləşdirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın apardığı hesablamalara əsasən belə şəxslərin sayı artıq 10 min nəfərə çatıb.
Assosiasiyanın il yarım əvvəl start verilən qeydiyyat sistemindən 10 min nəfərin 9122-si futbolçu, qalanı isə məşqçilər və digər texniki işlərlə məşğul olan şəxslərdir.
Qeyd edək ki, bu artım son vaxtlar AFFA tərəfindən ölkə futbolunun inkişafı və kütləviliyinin yüksəldilməsi naminə müxtəlif yaş qruplarından ibarət liqaların yaradılması, müxtəlif tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Mənbə: affa.az

0
0