Yığmamızın baş məşqçisi: Çalışacağıq ki, Türkiyəni məğlub edək
23.06.2010 - 11:26
Yığmamızın baş məşqçisi: Çalışacağıq ki, Türkiyəni məğlub edək
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Türkiyə yığmasına uduzmağının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Emil Cabbarov qarşılaşmadan sonra matçla bağlı fikirlərini açıqlayıb. O, bildirib ki, nəticəyə heyətin gənclərdən təşkil olunması da təsir edib: “Bu, yoldaşlıq oyunu olduğundan əsasən gənc futbolçulara üstünlük verdik. Biz oyunda yox, penalti seriyasında məğlub olduq. Əsas məqsədimiz avrokuboklara hazırlaşmaqdır. Növbəti oyunda qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, bu gün yenə Türkiyə ilə görüşəcək millimiz əsas vaxtı 2:2 hesabı ilə nəticələnən ilk matçın penaltilər seriyasında uduzub – 11:12.

Mənbə: affa.az