“Bakı” daha bir futbolçusunu saxladı
23.06.2010 - 11:40
“Bakı” daha bir futbolçusunu saxladı
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Bakı” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının da şərəfini qoruyan Aqil Məmmədov daha 3 il paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

Komandada üçüncü qapıçı funksiyasını yerinə yetirən 20 yaşlı Məmmədov Xalidu Sissoko və ya Marko Şarliyadan biri zədəli və ya cəzalı olarsa, “18liy”ə salınır. Klubunda ehtiyatda oturmasına baxmayaraq, U-21-in alman baş məşqçisi Bernard Lippert bu futbolçuya adətən start heyətində güvənir.

Xatırladaq ki, Məmmədov "Bakı" klubunun yetirməsidir. O, 2006-cı ildən şərəfini qoruduğu komandanın heyətində Azərbaycan çempionu olub və Azərbaycan kubokunu qazanıb.