“Terek”ə lazım olmayan futbolçu “Neftçi”yə keçdi
23.06.2010 - 11:54
“Terek”ə lazım olmayan futbolçu “Neftçi”yə keçdi
Yeni mövsüm hazırlıqlarını davam etdirən "Neftçi" daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Bakı”nın heyətində Azərbaycan kubokunu qazanan Saşa Yunisoğlu yeni mövsümdən flaqmanın şərəfini qoruyacaq. Azərbaycan milli komandasının da üzvü olan Yunisoğlu paytaxt klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Saşa Yunisoğlu az öncə “Terek”də baxışda olsa da, Qroznı təmsilçisində bəyənilməyib.

Mənbə: pfl.az