Unibank Premyer Liqası nəzərdə tutulduğu vaxt başlamayacaq
23.06.2010 - 12:23
Unibank Premyer Liqası nəzərdə tutulduğu vaxt başlamayacaq
Peşəkar Futbol Liqasının (PFL) planında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, PFL Unibank Premyer Liqasının başlanma vaxtı ilə bağlı yeni qərar qəbul edib.

Belə ki, növbəti Azərbaycan çempionatı əvvəlcədən gözlənildiyi kimi, avqustun 1-də deyil, bundan 7-8 gün gec start götürəcək.

Artıq bəzi klublar işlərini bu plana əsasən tutublar. İyulun 7-də Türkiyənin Qızılcahamam bölgəsinə getməyi planlaşdıran “Olimpik-Şüvəlan” səfərini həmin ayın 15-dək təxirə salıb.