“Sent-Etyen” klubunun futbolçusu “Olimpik-Şüvəlan”da
23.06.2010 - 12:47
Bakının “Olimpik-Şüvəlan” klubu baxışa daha iki legioner dəvət edib. Apasport.az saytının məlumatına görə, Nazim Süleymanov Albaniya yığmasının üzvü Endrit Vrapidən başqa daha 2 futbolçunu sınayır. Belə ki, digər albaniyalı Ylli Şameti və Mərakeş əsilli Fransa vətəndaşı Hamid Draoui artıq “təyyarəçilər”in düşərgəsindədir.
1984-cü ildə anadan olan Şametinin karyerasına 2002-ci ildə “Lufterari”də başlayıb. Beş il bu klubun formasını geyən yarımmüdafiəçi 2007/08-ci illər mövsümündə “Kastrioti Kruje” klubunun uğurları üçün tər töküb. Növbəti 1 ili “Şkumbin”dən keçirən albaniyalı “Kastrioti Kruje” klubuna geri dönüb və kapitan sarğısını daşıyıb. Futbolçu son mövsümdə 28 oyunda meydanda olub və 1 qol vurub.
Baxışa gələn digər futbolçu - Hamid Draouinin isə 20 yaşı var. Yarımmüdafiəçi hazırda Fransanın “Sent-Etyen” klubunun əvəzedici komandasında çıxış edir.

0
0