Sadıq Sadıqov: Yalnız çempionluq!
23.06.2010 - 23:07
Sadıq Sadıqov: Yalnız çempionluq!
“Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən futbola dövlət səviyyəsində diqqət və qayğı göstərilir. "Neftçi" klubu olaraq, ölkəmizdə futbolun inkişafına töhfə vermək istəyirik. Artıq yay transfer dövründə bir neçə futbolçunun keçidini həll etmişik”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

Komandasının reallaşdırdığı növbəti transfer - Alessandro Viana da Silva haqqında fikirlərini açıqlayan Sadıqov bildirib ki, “Neftçi”nin uğurla çıxış edəcəyinə inanır: “Heyətimizi gücləndirərək, yeni mövsümdə yalnız çempionluq uğrunda mübarizə aparacağıq”.