“Neftçi”nin yeni transferi: Qarşıda məni uğurlu mövsüm gözləyir
23.06.2010 - 23:09
"Bu kluba transfer olduğum üçün çox şadam. "Neftçi"nin prezidentinin futbola nə qədər can yandırdığı ilk görüşdən belə, çox yaxşı hiss olunur. Sadıq Sadıqov klubun prezidenti olmaqla yanaşı, həm də yaxşı insan, yaxşı dostdur. Ümidvaram ki, qarşıda məni uğurlu mövsüm gözləyir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun yeni transferi Alessandro Viana da Silva deyib.
Paytaxt təmsilçisinə keçidi barədə klubun saytına açıqlama verən Silva bildirib ki, yeni komandasında çempion olacağına inanır: “Avstraliyada keçirdiyim ilk legioner həyatı uğurlu alınıb. Orada "Melburn"un heyətində çempion titulu qazanmışam. İnanıram ki, "Neftçi"də keçirəcəyim birinci mövsümdə də analoji nailiyyəti təkrarlayaraq, qızıl medala sahib çıxacağam".
Qeyd edək ki, Alessandro Viana da Silva “Neftçi”də 16 nömrəli formanı geyinəcək.

0
0