Xalidu Sissoko: Mən Şaferi çoxdan tanıyıram
23.06.2010 - 23:13
Xalidu Sissoko: Mən Şaferi çoxdan tanıyıram
“Şaferi Kamerun millisinin baş məşqçisi olduğu vaxtdan Saferi tanıyıram. Çox təcrübəli məşqçidir”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun qapıçısı Xalidu Sissoko deyib.

Komandasının keçirilən açıq məşqçində seneqallı qapıçı yeni baş məşqçi Vinfred Şafer və avroliqada rəqib olacaq “Buduçnost” barədə danışıb: “Şafer işinin peşəkarıdır. İnanıram ki, yeni baş məşqçinin rəhbərliyi altında komandamız uğur qazana biləcək. Hazırlıq yüksək səviyyədə keçir. Komandanın bütün üzvləri məşqlərə qoşulub. Futbolçular olaraq baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. “Budoçnost” barədə isə, rəqib haqda elə də geniş məlumatı yoxdur. “Bakı”nın səviyyəsinə gücünə inanıram”.