Vinfred Şafer ehtiyatlı danışdı: Avrokuboklarda zəif rəqib olmur
23.06.2010 - 23:10
“Məşqlər yüksək səviyyədə keçir, əhval-ruhiyyə əladır, heç bir problem yoxdur. Sabah (bu gün-red) hazırlığı başa vurub, şənbə günü Almaniyaya gedəcəyik. 15 gün ərzində komandamız yüksək səviyyədə hazırlaşacaq. İnanıram ki, bunun Avroliqada uğur qazanmağamıza böyük faydası dəyəcək. İlk oyunadək, iyulun 15-dək komandamız tam hazır olacaq. Bakıya ayın 9-u qayıdacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Almaniyalı mütəxəssis komandasının Avropa Liqasındakı rəqibi “Buduçnost” haqda fikirlərini də bildirib: “Avrokuboklarda zəif rəqib olmur. Hər oyun ağır keçir. Gördüyünüz kimi, dünya çempionatında dünya çempionu İtaliya, Avropa çempionu İspaniya, İngiltərə kimi komandalar nəticə qazanmaqda çətinlik çəkirlər. Yaxşı hazırlaşmaqla, növbəti mərhələyə vəsiqə qazanacağıq”.
Yeni çalışdırıcı bildirib ki, qarşıdakı günlərdə komandaya yeni oyunçular transfer olunacaq: “Toqo milli komandasının vitse-kapitanı Dare Nibombeni transfer etmişik. Aparıcı oyunçulardan biridir, Rumıniyanın “Timişiora” klubunda çıxış edib. "Yuventus" və Avropanın digər güclü komandalarına qarşı oynayıb. Menecerlər vəsitəsilə 100-ə yaxın futbolçu təklif olunub. Bu məsələdə tələsməyib, optimal seçim etməyə çalışırıq. Komandamıza fayda verə biləcək futbolçular transfer olunacaq. Hücum xəttini gücləndirmək üçün bir forvard mütləq transfer edəcəyik”.

0
0