İtaliyada oynayacaq azərbaycanlı futbolçular müəyyənləşdi - FOTO
24.06.2010 - 11:52
İtaliyada oynayacaq azərbaycanlı futbolçular müəyyənləşdi - FOTO
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 2-dən 4-dək İtaliyanın Liqnano şəhərində Avropa Liqasında, iyulun 11-dən 18-dək isə Bibianoda dünya çempionatının seçmə mərhələsində iştirak edəcək yığmamıza 14 futbolçu dəvət olunub.

Baş məşqçi Emil Cabbarov bu turnirlərdə Elşad Quliyev, Müslüm Hüseynov, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Emin Kürdov, Renat Sultanov, İlqar Abdullayev, Seymur Məmmədov, Asif Zeynalov, İlqar Abdulov, Namiq İsgəndərov, Elnur Əhmədov və İlkin Hacıyevə güvənəcək.

Qeyd edək ki, yığmamız Avroliqada Çexiya və Hollandiya, DÇ-nin seçmə mərhələsində isə Fransa Çexiya və Qazaxıstanla qarşılaşacaq.

Mənbə: affa.az