Əfran İsmayılov: Bakıdakı oyundan çox şey asılıdır
24.06.2010 - 12:14
“Türkiyədə təlim-məşq toplanışını yekunlaşdırdıq. Axşam saatlarında Bakıda olacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.
İyunun 10-da təlim-məşq toplanışı keçirmək üçün Qızılcahamama yola düşən “Qarabağ” hazırlığın bundan sonrakı hissəsini Bakıda davam etdirəcək. Bu gün vətənə dönəcək əyalət təmsilçisi sabah “Olimpik-Şüvəlan”la yoxlama görüşündə üz-üzə gələcək.
Hazırlıq barədə danışan gənc yarımmüdafiəçi bildirib ki, Avropa Liqası çərçivəsində Makedoniyanın “Metallurq” klubuna qarşı oyuna ciddi hazırlaşıblar: “Bakıdakı matçdan sonra çox şey bilinəcək. İstəyirik ki, öz meydanımızda sərfəli nəticə qazanaq və səfərə rahat yollanaq. Bir sözlə, çox şey Bakıdakı qarşılaşmada bilinəcək”.
Rəqibin oyununu izləmədiklərini vurğulayan İsmayılov Makedoniya təmsilçisini heç də zəif komanda saymır: “Oyunlarını izləməmişik. Ümumiyyətlə, onlar haqqında ciddi informasiyaya malik deyilik. Rəqibin baş məşqçisi artıq üçüncü mərhələ haqqında düşündüklərini və “Simurq”un baş məşqçisi Qyoko Hacıyevskidən lazım olan informasiyanı əldə etdiklərini söyləyib. Ancaq bu, bizi ruhdan salmır. Uşaqlarda inam var. Ötən ilki uğurun davamını gətirməliyik. Başqa cür düşünmək istəmirik”.

0
0