“Olimpik-Şüvəlan”: 1 gündə 2 oyun
24.06.2010 - 12:29
Yeni mövsümə hazırlıq prosesi çərçivəsində “Olimpik-Şüvəlan” bir neçə yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, iyunun 25-də saat 09:30-da U-19 milli komandası ilə Sumqayıt şəhər stadionunda qarşılaşacaq Nazim Süleymanovun yetirmələri, həmin gün axşam saat 20:00-da “Qarabağ”la yoxlama oyunu keçirəcək. Daha bir yoxlama görüşü isə iyunun 26-da keçirilməsi planlaşdırılıb. Onların bu dəfəki rəqibi MOİK olacaq.
Qeyd edək ki, “Olimpik-Şüvəlan” bu qarşılaşmalarda 5 əcnəbi futbolçunu sınaqdan keçirəcək.
Qeyd edək ki, “Olimpik-Şüvəlan” bu qarşılaşmalarda 5 əcnəbi futbolçunu sınaqdan keçirəcək.
0
0