“Xəzər-Lənkəran”la görüşdə qələbə topunu özüm vurmaq istəyirəm”
24.06.2010 - 12:47
“Xəzər-Lənkəran”la görüşdə qələbə topunu özüm vurmaq istəyirəm”
Moldovanın “Olimpiya” klubunun futbolçuları Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”la oyunlarda qələbəyə kökləniblər. Apasport.az saytının məlumatına görə, Beltsı təmsilçisinin müdafiəçiləri də Ağasəlim Mircavadovun yetirmələrini məyus etmək istəyirlər.

“Olimpiya”nın 27 yaşlı müdafiəçisi Aleksandr Keltuyale iyulun 1-də baş tutacaq ilk matç ərəfəsində iddialarını ortaya qoyub: “Xəzər-Lənkəran”la oyunda iki məhsuldar ötürmə verəcəyəm. Üstəlik, komandamıza qələbə gətirən qolu da özüm vurmaq istəyirəm”.

Qeyd edək ki, Keltuyale son Moldova çempionatında 25 oyun keçirərək 3 qol vurub.