“Əvvəl Moldovada qalib gəlib, sonra Azərbaycana udmağa gedəcəyik”
24.06.2010 - 15:25
“Bizim üçün ilk oyunun harada keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. İstənilən halda, “Xəzər-Lənkəran”la mübarizədə mərhələni biz keçəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Olimpiya” klubunun sahibi Sergey Kiselyov deyib.
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”la görüşəcək Beltsı təmsilçisinin sahibi komandasının gücünə arxayındır: “UEFA ilk oyunun yerini dəyişmək hüququna malikdir və biz bunu qəbul edirik. Əvvəl Moldovada qalib gəlib, sonra isə Azərbaycana udmağa gedəcəyik”.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 1-də və 8-də keçiriləcək.

0
0