“Qarabağ” üçün 4 rumıniyalı gəlir - FOTO
24.06.2010 - 15:44
“Qarabağ” üçün 4 rumıniyalı gəlir - FOTO
UEFA Avropa Liqasının I təsnifat mərhələsində iyulun 1-də keçiriləcək “Qarabağ” - “Metallurq” (Makedoniya) matçını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutacaq oyun rumıniyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi İstvan Kovacs olacaq. Ona Miklos İstvan Nagi və Radu Adrian Stefan Ginguleac kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ovidiu Alin Hategan yerinə yetirəcək.