Moldovada Radovanoviç, Lənkəranda Sevestyanik
24.06.2010 - 16:24
“Xəzər-Lənkəran”ın Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Olimpiya” klubuna qarşı keçirəcəyi oyunların baş hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 1-də Kişinyovda təşkil ediləcək ilk qarşılaşma çernoqoriyalı Pavle Radovanoviçə tapşırılıb. Bir həftə sonra Lənkəranda baş tutacaq görüşdə isə Vital Sevestyanik (Belarus) fit çalacaq.
0
0