“Olimpiya”nın arzuları
24.06.2010 - 16:48
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”la qarşılaşacaq Moldovanın “Olimpiya” klubunun böyük arzuları var. Apasport.az saytının məlumatına görə, klubun sahibi Sergey Kiselyov komandasını yarışın qrup mərhələsində görmək istəyir. O, bunun üçün “Xəzər-Lənkəran” da daxil olmaqla, 4 rəqibi mübarizədən kənarlaşdırmalı olan Beltsı təmsilçisinin uğuruna ümid edir.
“Daçiya” ilə yoldaşlıq oyunundan sonra bu klubdan olan həmkarı Adlan Şişxanovla birgə sahibkarlar jurnalistlərin əhatəsinə düşüb. Onlar öz aralarındakı sirləri də həmkarlarımıza açıqlayıblar. Əvvəl Kiselyov sirri açıb: “Mən ona dedim ki, Avropa Liqasının qrup mərhələsində görüşərik. Həqiqətən də, niyə hər iki komada həmin mərhələyədək irəliləməsin?”
Şişxanov isə “Olimpiya”nın sahibi ilə razılaşmayıb: “Finalda görüşərik”.

0
0