“Bunu Mübariz Mənsimovun dostundan soruşsanız, daha yaxşı olar”
24.06.2010 - 23:03
“Bu gün Kişinyova gələcək “Xəzər-Lənkəran” burada istifadə etdiyi hər xidmətin pulunu ödəyəcək. Yedikləri yeməklərdən tutmuş məşqə çıxacaqları meydana kimi hamısında standart tariflər nəzərə alınacaq. Onlara heç bir güzəşt edilməyəcək. Yalnız lənkəranlılara qonaq kimi pulsuz ekskursiya təşkil ediləcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Zimbru” klubunun icraçı-direktoru Georgi Juravel deyib.
Juravel “Xəzər-Lənkəran”ın “Zimbru”nun bazasında hazırlıq keçməsini müsbət qiymətləndirib və burada klubun yaxşı qazanc götürəcəyini bildirib: “Böyük xərc çəkərək, bütün şəraiti olan futbol bazası yaratmışıq. Azərbaycan klubunun bizə qonaq gəlməsi də yalnız xeyrimizə olan amildir. Komandamızın büdcəsinə əlavə pul gələcək. Onlardan alacağımız pulu isə “Zimbru”nun gənclərdən ibarət komandasının inkişafına yönəldəcəyik”.
İcraçı-direktor Avropa Liqasının I təsnifat mərhələsində “Olimpiya” - “Xəzər-Lənkəran” oyununda “Olimpiya”ya azarkeşlik edəcəyini açıqlayıb. O, moldovalıların II mərhələyə yüksəlməsində də “Zimbru”nun xeyrini güdür: “Biz hamımız “Olimpiya”ya azarkeşlik edəcəyik. Çünki onlar Moldova təmsilçiləridir. Komandamızda isə hamı vətənini sevir. Bundan əlavə, “Olimpiya” II mərhələyə yüksəlməsi büdcəmizi daha da artıracaq. Çünki onlar rəqibi bizim stadionda qəbul edir və burada hazırlıq keçir”.
Juravel klubun sahibi Nikolay Çernının isə Mübariz Mənsimovun dostu olmasına baxmayaraq, gözəl futbola tamaşa edəcəyini bildirib: “Bunu onun özündən söruşsanız, daha yaxşı olar. Mənim fikrimcə, o gözəl futbola azarkeşlik edəcək. Komandalar arasında ayrı seçkilik etməyəcək”.

0
0