Araz Abdullayev: “Everton”a doğru ilk addım atıldı! - FOTO
24.06.2010 - 17:02
“Everton” heyətinə qatmaq istədiyi “Neftçi” klubunun futbolçusu Araz Abdullayev İngiltərə səfərindən qayıdıb. Apasport.az saytının məlumatına görə, tibbi müayinədən keçmək üçün paytaxt təmsilçisinin tərcüməçisi Tural Piriyevlə birgə İngiltərəyə yollanan futbolçu Britaniyadan uğurla qayıdıb. Belə ki, həmyerlimiz bütün tibbi yoxlanışlardan uğurla keçərək, ona bəslənən ümidləri doğruldub. Artıq Liverpul klubunun rəsmiləri yaxın zamanlarda paytaxtımıza gələrək, yarımmüdafiəçimizlə müqavilə imzalayacaq.
0
0