Birinin soyadı, birinin uşağı, birinin dinini qəbul edən gözəlçə - FOTOSESSİYA
24.06.2010 - 18:05
Almaniya milli komandasının türk əsilli futbolçusu Məsud Özilin sevgilisi Anna Mariya Lagerblom müsəlman olmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçidən 7 yaş böyük olan xanımın İslam dinini qəbul etməsi kiçik dairədə qeyd olunub. Anna Mariya adını dəyişərək, Mələk olmağa üstünlük verib.
Almaniya pop-kraliçası Sara Konnorun bacısı olan Mələk və ailə üzvləri – anası ilə qızı da artıq donuz əti yeməkdən vaz keçib. Onların evində Qurani-Kərimə də maraq böyüyüb. Protestant ailəsində böyümüş Anna Mariyanın yaxınları onun bu qərarını təəccüblə qarşılasa da, xanımın fikrinə hörmət ediblər.
Qeyd edək ki, Məsudla Mələk ötən yazdan bir yerdədirlər. Mələyin əvvəlki əri – soyadını daşıdığı “Verder”in isveçli futbolçusu Pekka Lagerblomdan ayrı yaşayır. Onun başqa bir sevgilisindən isə 8 yaşlı uşağı var.

0
0