Miroslav Vays: Əsas vəzifəmiz Bakıda “Qarabağ”a qol vurmaqdır
25.06.2010 - 11:23
“Rəqib haqda məlumatımız var. Onların oyunlarından fraqmentlərin olduğu materialı izləmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniyanın “Metallurq” klubunun futbolçusu Miroslav Vays deyib.
Vaxtilə milli komandada da oynamış 31 yaşlı müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Ağdamın “Qarabağ” klubu ilə oyunlar haqda fikirlərini açıqlayıb.
“Metallurq”un kapitanı iyulun 8-də baş tutacaq ilk matçla bağlı iddialı danışıb: “Qısaca onu demək olar ki, “Qarabağ” çox möhkəm komandadır. Bakıdakı ilk oyuna çərşənbə axşamı, matçdan iki gün əvvəl gedəcəyik. Bu müddətdə oradakı şəraitə uyğunlaşa bilərik. Səfərdəki qarşılaşmada əsas vəzifəmiz qol vurmaqdır. Çünki səfər qolu sonradan bizə üstünlük gətirə bilər. Qalib gəlməyimiz isə daha yaxşı olardı”.
Qeyd edək ki, “Qarabağ” - “Metallurq” oyunu iyulun 1-də keçiriləcək.

0
0