Georgiyevski: Azərbaycan futbolu yüksəlişdədir
25.06.2010 - 11:35
“Avropa Liqasının “Qarabağ”la görüşlərinin “Jabulani” ilə oynanıb-oynanılmayacağını bilmirəm. Belə olsa da, Bakıda qalacağımız iki gün ərzində bu toplara uyğunlaşmaq imkanımız olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniyanın “Metallurq” klubunun futbolçusu Yordan Georgiyevski deyib.
28 yaşlı qapıçı Avropa Liqasının I təsnifat mərhələsinin Ağdamın “Qarabağ” klubu ilə oyunlar haqda fikirlərini açıqlayıb. Georgiyevski iyulun 1-də Bakıda keçiriləcək görüşdə qol buraxmaq niyyətində deyil: “İstənilən topla oynayacağımız halda qapımızı toxunulmaz saxlayacağıma ümid edirəm. Azərbaycan futbolu yüksəlişdədir. Bizim də rəqibimiz səviyyəli komandadır. Lakin mən nə onlardan, nə də “Jabulani”dən qorxuram. Düşünürəm ki, sonda sevinən tərəf biz olacağıq”.
Qeyd edək ki, CAR-da keçirilən mundial üçün hazırlanan toplar əksər futbolçuların, xüsusilə də qapıçıların narazılığına səbəb olub.

0
0