Nazim Süleymanov “Olimpik-Şüvəlan”dan narazıdır
25.06.2010 - 11:44
Nazim Süleymanov “Olimpik-Şüvəlan”dan narazıdır
Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Olimpik-Şüvəlan” ilk yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi 19 yaşadək futbolçulardan ibarət yığma komanda ilə qarşılaşıb.

2:0 hesabı ilə qələbə qazanan “təyyarəçilər”in qollarına birinci hissədə Tərlan Xəlilov, fasilədən sonra Yasin Abbasov imza atıb. Oyun barədə fikirlərini açıqlayan baş məşqçi Nazim Süleymanov yetirmələrindən razı qalmayıb: “Əsasən əvəzedici komandanın üzvlərinə və baxışa dəvət etdiyimiz yerli oyunçulara şans vermişdik. Anlaşma çox zəif idi. Bu da səbəbsiz deyildi. Çünki cəmi 3 gündür topla çalışmalara başlamışıq. Baxışda olan legionerlərə bu gün “Qarabağ”la keçirəcəyimiz oyunda şans verəcəyik”.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” Ağdam təmsilçisi ilə bu gün Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Oyun saat 20.00-da başlayacaq.