Robertas Poşkus “İnter”ə gəlməyə tələsmir
25.06.2010 - 12:09
Robertas Poşkus “İnter”ə gəlməyə tələsmir
“Bu gün “Botev”lə qarşılaşacağıq. Komandamızın düşərgəsində hansısa yeni futbolçu yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun baş menecerinin müavini Kamran İsmayılov deyib.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək paytaxtın təmsilçisi iyunun 15-dən etibarən təlim-məşq toplanışını Bolqarıstanda həyata keçirir. Yayda “Neftçi”dən ayrılan Valeri Abramidze ilə müqavilə imzalayan “bankirlər”in düşərgəsinə yeni oyunçuların gələcəyi istisna edilmir. Klub rəsmisi Bakıda olan Vladimir Levinlə Aleksandr Çertoqanovun da artıq komanda ilə məşqlərə başladığını bildirib. Lakin “İnter”də qalacağını açıqlayan Robertas Poşkus hələ klubun düşərgəsində gəlməyib. Baş məşqçidən icazə alan hücumçu gələn həftə hazırlığa qoşulacaq.

“İnter”in Çempionlar Liqasının II təsnifat mərhələsində “Lex”lə Bakıda keçirəcəyi oyunun vaxtı da bəlli olub. Belə ki, iyulun 13-də Bakıda baş tutacaq qarşılaşma saat 20.00-da başlayacaq.