Branimir Subaşiç: Onların hamısı insafsız, zalım və ziyanvericilər idi
25.06.2010 - 12:29
“İndi komandada hər şey dəyişib. O vaxt klubda yer alanların hamısı insafsız, zalım və ziyanvericilər idi. Onlar bizim etdiyimiz hər şeyi, hətta ab-havanı da korlayırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç deyib.
Hazırda çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” klubunun heyətində Sloveniyada təlim-məşq toplanışında olan 28 yaşlı hücumçu Belqrad təmsilçisindəki dəyişikliklərdən məmnundur. Bir müddət əvvələdək “Srvena Zvezda”ya lazım olmayan, gününü icarədə və ya ehtiyatda keçirən Subaşiç artıq həmin vaxtların arxada qaldığını düşünür: “İndi “Srvena Zvezda”da hər şey yaxşıdır. Mən buna çox sevinirəm. Gözümüzün qarşısında sanki gözəl mənzərə canlanır. Bu, bizə müsbət emosiyalar verir. Bizə ilk gündən dedilər ki, çox işləməliyik. Elə biz də çalışıb, əziyyət çəkib çempionata hazırlaşacağıq”.
Qeyd edək ki, Zdenek Zemanın baş məşqçi olduğu vaxtda transfer olunan Subaşiç sonrakı çalışdırıcılar Çedomir Yanevski, Sinişa Qoqiç və Vladimir Petroviçin dövründə “Srvena Zvezda”dan kənar düşmüşdü. İndi komandaya rəhbərlik edən Ratko Dostaniş isə Branimirə güvənmək qərarına gəlib.

0
0