Adil Şükürovun ilk siyahısı
25.06.2010 - 14:25
Adil Şükürovun ilk siyahısı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın təlim-məşq toplanışına 27 futbolçu çağırılıb. Bu futbolçular iyunun 29-dan iyulun 9-a qədər keçirilən hazırlıqlarda iştirak edəcəklər. Komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edəcək.

Almaniyalı baş məşqçi Oliver Pelzerin istefasından sonra onu əvəzləyən Adil Şükürovun açıqladığı ilk heyətdə iki legioner də yer alıb. Bunlardan biri - Əskər Nəcəfəliyev Rusiyanın “Rubin” klubunun yetirməsidirsə, Əli Əliyev Kiyev internatında kəşf olunub.

U-17-nin heyəti

Samir Rüstəmli, Taleh Kərimov, Aslan Hüseynov, Emil Balayev, Məqsəd İsayev, Tural Məmmədli, Cavid Muxtarzadə (hamısı “Neftçi”), Elmin İsmayılov, Ülvi Qaçaylı, Fərid Ağayev (hamısı “Qəbələ”), Teymur Quliyev (“Neftçi” İSM), Samir İbrahimov, Teymur Quliyev (hər ikisi “Standard”), Əskər Nəcəfəliyev (“Rubin”, Rusiya), Murad Musayev (ROİL), Elmar Bağırov (“Zəngəzur”), Elmixan Məmmədov (“Turan”), Mahir İbrahimov, Mətin Əbilsoy, Aydın Mustafazadə, Vadim Abdullayev, Nurlan Əhmədov (hamısı “Bakı”), Elşən Abdullayev, Rəşad Əzizov (hər ikisi “İnterⅦ”), Haqverdi Yusifov (klubsuz), Oruc Balaşlı (“Simurq”), Əli Əliyev (Kiyev internatı, Ukrayna).

Mənbə: affa.az