“Turan” Türkiyəyə gedir
25.06.2010 - 15:47
“Komandamız iyulun 1-dən Tovuzda təlim-məşq toplanışına başlayacaq. Burada 18 gün hazırlıq keçdikdən sonra çox güman ki, təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcəyik. İyulun 18-20-si arasında Türkiyəyə getməyi planlaşdırırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.
Tovuz təmsilçisinin rəhbəri bildirib ki, növbəti mövsüm üçün ciddi transfer edilməyəcək. Süleymanovun sözlərinə görə, komandaya əvəzedici heyətdən yeni futbolçular götürüləcək: “Yeni mövsümdə yerli futbolçulara güvənəcəyik. Əvəzedici heyətdən 1 neçə futbolçunu əsas komandaya cəlb etmişik. Hazırlıq dövründə onların da ən yaxşılarını seçib klubda saxlayacağıq. Fikrimcə, gənclərdən qurulacaq komanda döyüşkən olacaq”.
Qeyd edək ki, “Turan” klubu son mövsümdə heyətində çıxış edən əcnəbilərin hamısı ilə vidalaşıb.

0
0