Azərbaycan yığmasından növbəti böyük hesablı qələbə
27.06.2010 - 13:15
Azərbaycan yığmasından növbəti böyük hesablı qələbə
Almaniyanın Duysburq şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının xəbərinə görə, komandamız “SV Essen” klubunun nəzdindəki müvafiq yaş qrupundan ibarət komanda ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Orxan Əliyev, Namiq Ələsgərov və Nurlan Əhmədov vurublar.

Xatırladaq ki, yığmamız bundan əvvəlki yoldaşlıq oyununda “PSV Vesel” komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.