Yeni transferi Azərbaycan çempionunu çətin vəziyyətə saldı
27.06.2010 - 23:00
Yeni transferi Azərbaycan çempionunu çətin vəziyyətə saldı
Bolqarıstanda hazırlığını davam etdirən “İnter” növbəti yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, bu dəfə Azərbaycan çempionun rəqibi Sofiya MOİK-i olub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə topu 50-ci dəqiqədə penaltidən Petr Zlatinov vurub.

Paytaxt komandasının yeni transferi Jivko Jelev qırmızı vərəqə alması ilə diqqət mərkəzinə düşüb. Matçın başa çatmasına 10 dəqiqə qalmış bolqarıstanlı legioner komandamızı azlıqda qoyub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Lex”lə oynayacaq “İnter” MOİK-dən öncə yoxlama oyunlarında "Pravets"i 6:1, "KİM Minyol"a 3:1 və “Botev” 2:1 hesabı ilə qalib gəlib.