Azərbaycan çempionu “casus”ların hədəfinə düşdü
28.06.2010 - 00:27
Bakının “İnter” klubu “casus”ların hədəfinə düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun Bolqarıstanda keçirdiyi son yoxlama oyununda Polşanın “Lex” klubunun nümayəndələri də olublar.
Çempionlar Liqasının II təsnifat mərhələsində “İnter”lə qarşılaşacaq Poznan təmsilçisinin iki məşqçisi - Andjey Yuskovyak və Riçatrd Kuzma bu məqsədlə Bolqarıstana yollanıblar. Onlar bakılıların Bolqarıstan MOİK-i ilə matçını izləyiblər.
Qeyd edək ki, “İnter” MOİK-i 1:0 hesabı ilə məğlub edib.

0
0