“Bakı” “Bohum” klubunun futbolçusu ilə müqavilə bağladı
28.06.2010 - 10:39
“Bakı” cari mövsümdə növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu Kamerun yığmasının yarımmüdafiəçisi Coel Didon Epalleni (Joel Dieudonne Epalle) transfer edib.
Afrikalı futbolçu ilə 1 illik müqavilə imzalanıb. 32 yaşlı Epalle karyerasının böyük hissəsini Yunanıstanda keçirib. Bu ölkədə “Etnikos”, “Panaxaiki”, “Aris”, “Panatinaikos” və “İraklis”in şərəfini qoruyan afrikalı futbolçunun son klubu Almaniya “Bohum”u olub.
Bu klubda 100-ə yaxın oyun keçirən Epalle “Ramolunmaz şirlər”in heyətində 2000-ci ildə Sidneydə keçirilən yay olimpiya oyunlarını qızıl medallarını qazanıb.
Qeyd edək ki, kamerunlu yarımmüdafiəçi millinin heyətində 2002-ci ildə keçirilən dünya çempionatının, növbəti ildə isə Konfederasiya kubokunun iştirakçısı olub.
Mənbə: fcbaku.com

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0