“Bakı” bu gün ilk sınağına çıxır
28.06.2010 - 10:50
UEFA Avropa Liqasının II təsnifat mərhələsinə hazırlaşan “Bakı” Almaniyada təlim-məşq toplanışı davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesinin ikinci günündə futbolçular iki məşqə çıxıblar.
Səhər məşqində daha çox fiziki tapşırıqları yerinə yetirən komanda axşam saatlarında topla çalışıb. İkinci məşq gününün sonunda “Bakı” ikitərəfli oyunda gücünü sınayıb. Komandanın yeni transferi Joel Epalle ikitərəfli oyunda vurduğu qollarla diqqət mərkəzinə düşüb.
Bu gün səhər məşqindən sonra Vinfred Şaferin yetirmələri yeni mövsümdə ilk oyununa çıxacaq. “Bakı” üçüncü Bundesliqa klubuna qarşı oynayacaq. Oyun “Sportschule” idman kompleksinin əsas meydançasında baş tutacaq. Növbəti yoxlama oyununda rəqib 2-ci Bundesliqa təmsilçisi “Koblents” olacaq. Bu oyun iyulun 4-də keçiriləcək.
Bitburqda 2 həftəlik təlim-məşq toplantısı zamanı planlaşdırılan sonuncu - 3-cü oyunda isə Azərbaycan vitse-çempionunun rəqibi Bundesliqa təmsilçisi "Köln" olacaq. Görüş iyulun 7 və ya 8-də baş tutacaq.
Qeyd edək ki, bu eyni zamanda “Bakı”nın "Buduçnost"la iyulun 15-də Bakıda keçiriləcək oyun öncəsi son qarşılaşması olacaq.

0
0