Kənan Kərimov özünə yeni komanda tapıb
28.06.2010 - 11:47
Azərbaycan yığmasının sabiq üzvü Kənan Kərimovun klubsuz günləri başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu karyerasını Unibank Premyer Liqanın debütantı "Gəncə"də davam etdirə bilər.
Belə ki, "Gəncə" yaxşı heyət qurub, iddialı olacağı təqdirdə Kərimov bu klubda forma geyinəcək.
Bununla belə, Kərimovun "Qəbələ"də qalmaq ehtimalı da var. Əgər sabiq baş məşqçi Ramiz Məmmədov əsas komandada Toni Adamsın köməkçisi olarsa, Kənan bu komandanı tərk etməyəcək.

0
0