Saşa Yunisoğlu bu dəfə “Spartak-Nalçik”in heyətində peyda ola bilər
28.06.2010 - 13:40
Son mövsümdə “Bakı” ilə Azərbaycan kubokunu qazanan Saşa Yunisoğlu yenidən Rusiya Premyer Liqasında çıxış edən klubların maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Terek”də baxışdan uğurla keçə bilməyən həmyerlimiz bu dəfə “Spartak-Nalçik”in düşərgəsində peyda ola bilər. Belə ki, Nalçik klubunun müdafiəçisi Aleksandr Amisulaşvili “Kayserispor”a transfer olunduğundan rusiyalılar komandada yaranan boşluğu Yunisoğlu ilə doldurmaq fikrindədirlər.
Qeyd edək ki, “Neftçi” klubu da Yunisoğlunu heyətdə görmək istəsə də, sonda razılıq əldə edilməmişdi.

0
0