“Ağ-qaralar” Gürcüstana yollanırlar
28.06.2010 - 14:19
“Neftçi”nin əsas komandası ilə yanaşı, əvəzedici heyəti də yeni mövsümə ciddi hazırlaşır. Apasport.az saytının məlumatına görə, qarşısına böyük hədəflər qoyan “ağ-qaralar” hazırlıq prosesini Gürcüstanda davam etdirəcək. Bu məqsədlə İqor Getmanın rəhbərlik etdiyi kollektiv Ureki şəhərinə yollanıb. Burada 4 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. Məşqçilər korpusu bu oyunlar zamanı həm müxtəlif taktiki sxemləri nəzərdən keçirəcək, həm də düşərgədə olan yeni futbolçuları sınayacaq. Gürcüstandakı təlim-məşq toplanışı iyulun 11-də yekunlaşacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0